Vaxt.Az

Çində «WhatsApp»a senzura qoyulub?


 

Səs, şəkil və video ismarışlarını yalnız VPN üzərindən göndərmək mümkündür

Çində «WhatsApp»a senzura qoyulub? Çində «WhatsApp» istifadəçiləri xidmətin bəzi funksiyalarının işləmədiyini xəbər verdikdən sonra senzuranın təbiqi ilə bağlı iddialar yaranıb.

Senzura süzgəçini yarmaq üçün səs, şəkil və video ismarışlarını yalnız virtual özəl şəbəkə üzərindən (VPN) göndərmək mümkündür, istifadəçilər bildirir.

Problemlərin yaşandığı barədə ilk xəbərlər bazar günü verilib.

Lakin belə görünür ki, şifrələnmiş mesajlaşma xidməti çərşənbə günü səhər saatlarında normal qaydada işləyib.

Hazırda isə yenidən problemlərin ortaya çıxması barədə xəbərlər daxil olur.

Hakimiyyət mesajlaşma platformasının bloklandığını elan etməyib.

Çin onlayn xidmətlərinə qarşı məhduddiyyətlərin tətbiqi barədə iddiaları rədd edir.

«WhatsApp» hadisəyə münasibət bildirməyib.

 





19.07.2017    çap et  çap et