Vaxt.Az

«Qarabağ»ın rəqibi kim olacaq?


 

«Şerif» və «Kukesi» bu gün qarşılaşır

«Qarabağ»ın rəqibi kim olacaq? Bu gün futbol üzrə Çempionlar Liqasında II təsnifat mərhələsinin daha 10 cavab görüşü keçiriləcək. Albaniyada «Kukesi» ilə Moldova «Şerif»i arasında oynanılacaq qarşılaşmanın yekununda «Qarabağ»ın növbəti mərhələdəki rəqibi müəyyənləşəcək.

İlk matçda «Şerif» 1:0 hesabı ilə qalib gəlib. «Kukesi» mərhələ adlamaq üçün ən azı 2 top fərqi ilə qalib gəlməlidir. Eyni nəticə təkrarlanacağı halda, cütün qalibi penaltilər seriyası ilə məlum olacaq.

Xatırladaq ki, üçüncü mərhələdə qalib gəlmiş komanda avtomatik olaraq Avropa Liqasının qrup turnirinə vəsiqə qazanır, bunun birlikdə isə, Çempionlar Liqasının qrup turnirinə vəsiqə uğrunda pley-offda daha güclü rəqiblə gücünü sınayır. 3-cü təsnifat mərhələsində uduzan komanda isə çıxışlarını Avropa Liqasının pley-off mərhələsində davam etdirir.

 





19.07.2017    çap et  çap et