«Wisconsin» Universitetinin Təbabət və İctimai Sağlamlıq Mərkəzinin ekspertləri beyni qocaldan 27 stressli həyat təcrübəsini aşkar ediblər.
Alimlər bu nəticəyə gəliblklər ki, ömrün müəyyən bir mərhələsində yaşanan stress beyinə təsirini ömrün qalan illəri ərzində göstərir.
Məqalədə deyilir ki, araşdılrmaçılar 1320 nəfəri neyroloji testlərdən keçiriblər.
Bu da qeyd olunur ki, təcrübədən keçən insanların 1232-si ağdərili idi, 82 nəfər isə Afrika amerikalısı idi. Bu adamların hamısı həyatlarınmın müəyyən mərhələsində stress yaşamışdılar.
Araşdırmada iştirak edənlərin orta yaşı 58 idi.
Bu təhqiqatdan bəlli olub ki, Afrika amerikalıları ağlarla müqayisədə 60 faiz daha çox stress keçiriblər.
Altsaymer Assosiyasından doktor Mario Karillo (Maria Carrillo) deyib ki, araşdırmaçılar əsas diqqəti ən kəskin stresslərə yönəltmişdilər. Bura valideynin ölümü, məişət zorakılığı, işin itirilməsi, yoxsulluq daxil idi.
Alimlər diqqəti belə bir məqama çəkirlər ki, uşaq üçün məktəbin dəyişdirilməsi stressli təcrübə ola bilər.