Vaxt.Az

«Həbsxana həyatı mənə biloloji ölümdür»


 

«Rabitə işi»ndə təqsirləndirilən şəxslər son söz deyib

«Həbsxana həyatı mənə biloloji ölümdür» Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Vidadi Zeynalovun 4 vəklilindən biri olan Muğam Əliyev çıxış edib.

O, müvəkkilinə qarşı ittihamların əsasız olduğunu deyib və V.Zeynalova bəraət verilməsini istəyib.

Daha sonra həbsdə olan «Azərpoçt»un sabiq rəhbəri Qəmbər Bəybalayevin vəkili çıxış edib. Vəkil müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Hakim elan edib ki, Qəmbər Bəybalayev dövlətə vurduğu 2 milyondan artıq ziyanı tam olaraq ödəyib.

Daha sonra prosesdə nazirliyin sabiq Aparat rəhbəri Vidadi Zeynalov son söz deyib.

Vidadi Zeynalov deyib ki, ona verilən ittihamlar əsassızdır: «Həmişə dövlətə sadiq birisi olmuşam. Sadaqətim hamıya məlumdur. Bundan sonra da belə olacaq. Həbsxana həyatı mənə biloloji ölümdür. İttihamları qəbul etmirən. Heç bir dəstə yaratmamışam. Heç bir dəstənin tərkibində olmamışam. Dövlət büdcəsinin pulunu heç vaxt yeməmişəm».

Vidadi Zeynalov həbs edildikdən sonra qohumlarının əmlaklarına qoyulan həbslərin götürülməsini istəyib: «Çünki o adamlar mənim pulumla yox, öz zəhmətləri ilə qazanıblar. Həmin əmlaklara həbs qoymaq olmaz».

Vidadi Zeymalov ittihamı yox etdiyo səhvini qəbul etdiyini bildirib: «Mən səhvimə görə cəza çəkirəm. Allah məni bağışlasın. İttihamları qəbul edə bilmərəm. Əmək haqqı və «PLZ» MMC ilə bağlı ittihamlar umumiyyətlə absurdur. Cəzamı çəkməyə hazıram. Son sözümü atalarım dediyi kimi «Elə adamın yükünü daşı ki, bir gün yıxılsan, yükünü daşısın» sözləri ilə qutarıram»

Xatırladaq ki, dövlət ittihamçısı Vidadi Zeynalovun 14 il, Beytulla Hüseynovun 15 il, Anar Mustafayevin 8 il, Qəmbər Bəybalayevin 10 il, Emin Məmmədovla Namazalı Məmmədovun hər birinə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib.

Digər təqsirləndirilən Məhəmməd Məmmədov, Cəfər Cəfərov, Səhrab Hümbətov, Bayram Vəliyev və Oqtay Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq olunmasını, onlara şərti cəza verilməsini tələb edib.

Prosesin davamında digər təqsirləndirilən şəxs Bayram Vəliyev çıxış edib. O, vəkili ilə razı olduğunu, barəsində.bəraət hökmünün çıxarılmasını istəyib.

Digər təqdirləndirilən «Aztelekom» sabiq rəhbəri Məhəmməd Məmmədov da çıxışında ittihamları qəbul etmədiyi deyib.

O, məhkəmədən ədalətli qərar çıxarmasını xahiş edib.

BTRİB-in sabiq rəhbəri, Eldar Mahmudovun qohumu Beytulla Hüseynov isə son sözündə qeyd edib ki, onları cəmiyyətdə cinayətkar dəstə kimi təqdim ediblər.

«Tərcümeyi halınımızı paylaşsaydılar görərədilər ki, biz neyləmişik. İndi sizdə bizim haqqımızfa ədalətli qərar çıxarılmasını istəyirəm», - deyə B.Hüseynov bildirib.

Daha sonra «Azintelekom» sədri Cəlil Cəfərov çıxış edib.

O bildirib ki, ona verilən ittihamlar absurddur: «Mən bu insanlarla necə mütəşəkkil dəstə üzvü ola bilər ki, heç biri ilə əlaqəm olmayıb.Mənə tapşırılan bütün tapşırıqları tam yerinə yetirmişəm. Ədalətli qərar sizdən gözləyirəm. Biz həmişə Azərbaycan dövlətçiliyinə xidmət etmişik».

«Aztelekom»sabiq baş mühasibi Oqtay Rüstəmov də barələrində ədalətli qərar çıxarılmasını tələb edib.

Təqsirləndirilən Səhrab Hümmətov da son sözündə uşaqlarının nəzərə alınmasını və barəsibdə bəraət hökmünün çıxarılmasını istəyib.

Digər təqsirləndirilən şəxslər məhkəmdən son söz üçün vaxt istəyib.

Qeyd edək ki, ittihama görə, Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.


***


11:49

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə V. Zeynalovun vəkili Muğam Əliyev çıxış edərək, müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyib. Vəkil qeyd edib ki, V. Zeynalova qarşı irəli sürülən ittihamların heç biri məhkəmə istintaqı zamanı öz təsdiqini tapmayıb. Vəkilin sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxsin fəaliyyətində mənimsəmə faktı yoxdur.

Daha sonra hakim bildirib ki, təqsirləndirilən Qəmbər Bəybalayev dəyən ziyanın hamısını ödəyib.

Proses davam etdirilir.

Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən V. Zeynalovun 14 il, B. Hüseynovun 15 il, A. Mustafayevin 8 il, Q. Bəybalayevin 10 il, E. Məmmədovla N. Məmmədovun hər birinin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. O, təqsirləndirilən şəxslərdən M. Məmmədov, C. Cəfərov, S. Hümbətov, B. Vəliyev və O. Rüstəmovun isə hər birinin 5 il 11 ay 11 gün müddətinə şərti olaraq azadlıqdan məhrum olunmalarını istəyib.

Prokuror xahiş edib ki, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlakları dəymiş ziyanın ödənilməsinə yönləndirilsin və həmin əmlakların üzərindən həbs götürülməsin.

Xatırladaq ki, Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu «Bakı Rabitə Təmir Tikinti» və «Təmir Təchizat Servis» MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu «3 nömrəli Rabitə Təmir Tikinti», «Rabitə Mülki Tikinti» MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45 faiz həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.

Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdəç olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan «Aztelekom» MMC, «AzİnTelekom» MMC, «Azərpoçt» MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət «Optik Rabitə Tikinti və Quraşdırma» MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.

İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və «Aztelekom» MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin «AzİnTelekom» MMC-nin baş direktoru Cəlil Cəfərova, «Azərpoçt» MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və «Optik Rabitə, Tikinti və Quraşdırma» MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

 





19.07.2017    çap et  çap et