Vaxt.Az

Rusiyanın mənzil bazarında ucuzlaşma


 

Qiymətlər 14-17 faiz enib

Rusiyanın mənzil bazarında ucuzlaşma Rusiyada təkrar mənzil bazarında qiymətlər 2017-ci ilin ilk yarısının sonunda ötən ilin analoji dövrü ilə müqayisədə 2,8 faiz azalaraq 61 min rubl/kv.metrdən (1 034 ABŞ dolları) 59 min rubl/kv.metrə (1000 dollar) enib.

«Report» «İzvestiya» qəzetinə istinadən xəbər verir ki, bu məlumat «Domofond.ru» araşdırma saytı tərəfindən verilib.

Moskva şəhərində mənzillərin qiyməti (kv.m) illik müqayisədə 5,2 faiz azalaraq iyulun 1-nə 210 min rubldan (3 560 dollar) 199 min rubla (3 373 dollar) düşüb. Yeni tikili panel evləri dövr ərzində 14 faiz, köhnə panel evlər isə 17 faiz ucuzlaşıb.

Rusiya Tikinti Nazirliyi ölkənin inşaat sektorunun canlanmağa başladığını bildirib. Nazirlikdən verilən məlumata görə, ipoteka kreditləri üzrə faiz dərəcəsinin subsidiyalaşması proqramı ilkin mənzil bazarını daha cəlbedici edəcək: «2017-ci ilin əvvəlindən ipoteka faizlərinin azalmağa başlaması vətəndaşlar üçün mənzil alışını asanlaşdıracaq».

 





19.07.2017    çap et  çap et