Vaxt.Az

Nikolas Maduron sanksiyalardan qorxmur


 

Venesuela ABŞ-ın təhdidinə əhəmiyyət vermir

Nikolas Maduron sanksiyalardan qorxmur Venesuela ABŞ-ın yeni sanksiyalar təhdidlərinə baxmayaraq, konstitusiya məclisinə üzv seçkiləri ilə bağlını planının icrasına davam edir.

Venesuelanın xarici işlər naziri Samuel Monsada 30 iyul tarixində ölkədə keçiriləcək seçkilərə bağlı ABŞ-ın təzyiqlərinə reaksiya verib.

«Onlar artıq fərdləri təhdid etmirlər. Onlar artıq bütün əhalini birtərəfli qaydada ümumi iqtisadi sanksiyalarla təhdid edirlər. Bu isə qeyri-qanunidir. Bu, beynəlxalq hüquqa ziddir və qəbuledilməzdir».

Monsada deyir ki, Venesuela ABŞ-la münasibətlərinə yenidən baxır.

Sanksiyalar Venesuela müxalifərinin prezident Nikolas Maduronun erkən prezident seçkiləri keçirməsi ilə bağlı çağırışlarından sonra səslənib.

Müxalifət cümə axşamı keçiriləcək, bütöv günlük tətil elan edib. Onlar ümid edirlər ki, bununla Maduronu yenin konstitusiya planından geri çəkilməyə məcbur edəcəklər.

 





19.07.2017    çap et  çap et