Siyahıda 150 min funt sterlinqdən artıq alan işçilərin adları çəkilir.
BBC-nin Baş Direktoru Toni Hol (Tony Hall) qadınlar və etnik azlıqların təmsil edilməsinə gəldikdə təşkilatın hələ bir qədər irəliləməsinin lazım olduğunu deyib.
«Gender təmsilçiliyində BBC ümumiyyətlə yayım sənayesindən və Dövlət Xidmətindən daha irəlilədir», o, deyib.
«Biz irəliləmişik, lakin biz qabağımızda daha çox işin olduğunu tanımalıyıq və biz digər yayım təşkilatlarından daha böyük qüvvə və sürətlə bu istiqamətdə hərəkət edirik».
Qadınlar kimi, etnik azlıqlardan olan yüksək maaşlı BBC işçilərinin də ağdərili həmkarlarından daha az maaş aldığı görünür.
Etnik azlıqlardan 250 və 300 min funtla ən yüksək maaş alan Georq Aliagah (George Alagiah), Ceyson Məhəmməd (Jason Mohammad) və Trevor Nelsondur.
150 min funtdan artıq maaş alan işçilərinin açıqlanması BBC-nin yeni Kral Nizamnaməsinin tələbatıdır.
Kris Evansdan sonra ən yüksək maaş alan BBC idman aparıcısı və keçmiş İngiltərə futbolçusu Qeri Linekerdir (Gary Lineker).
Keçən il, Leicester City futbol klubun azarkeşi olan cənab Lineker demişdi ki, Premyer Liqada komandası qələbə çalarsa televiziyaya yalnız tumanında çıxacaq.
2016-cı ildə komandası çempion olduqdan sonra, cənab Lineker sözünə əməl etmişdi.
BBC-dən 1,75 milyon funt sterlinqdən artıq maaş alan Qeri Lineker, siyahının açıqlanmasından bir neçə saat əvvəl zarafat edərək «Twitter»də az maaş aldığı üçün öz agentini və daha çox maaş verən digər yayım şirkətlərini gühanlandırıb.
«Yüksək maaşları azaltmışıq»
BBC-nin Baş Direktoru Toni Hol həmçinin təşkilatda ulduzlara ödənən maaşın 5 il əvvəl ilə müqayisədə 25 faiz azaldığını qeyd edib.
Qurumun ən yüksək maaş alan işçilərinə son il ərzində 42,2 milyon funt sterlinq (92.73 milyon manat) ödəndiyi deyilir. 2009-cu ildə isə bu rəqəm 78,5 milyon funt sterlinq (172.5 milyon manat) olub.
BBC Britaniyada televiziya və ya internet yayımlarını izləyənlərdən lisenziya ödənişlərilə maliyyələşir. Hazırda, bu ödənişlər BBC-ə ildə 3,7 milyard funt sterlinq mədaxil (8.13 milyard manat) gətirir.
Bu il, BBC yayım lisenziyasını almaq üçün ödəniş 145,5 funtdan (320 manat) 147 funta (323 manat) qaldırılıb. Bu 2010-cü ildən bəri ilk dəfə baş verib.