Vaxt.Az

Yükdaşımalar 500 min konteynerədək artacaq


 

Sahibkarlar hər il iki milyon ton yük göndərə biləcək

Yükdaşımalar 500 min konteynerədək artacaq Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi çərçivəsində Qarsda logistika mərkəzinin yaradılması haqqında saziş imzalanıb.

«Trend» xəbər verir ki, bu barədə «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qurbanov Qars vilayətində tikinti işlərinin gedişi ilə tanış olarkən deyib.

O qeyd edib ki, sahibkarlar hər il BTQ vasitəsilə imtiyazla iki milyon ton yük göndərə biləcəklər: «Gələcəkdə isə bu marşrut üzrə yükdaşıma artırılacaq».

C.Qurbanov ümid etdiyini bildirib ki, gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu ilə Qazaxıstan və Çindən yükdaşımalar 500 min konteynerədək artacaq.

 





19.07.2017    çap et  çap et