Vaxt.Az

Mətbuat Şurasının sədri Prezidentə təşəkkür etdi


 

... Jurnalistlər adından

Mətbuat Şurasının sədri Prezidentə təşəkkür etdi Millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov çoxsaylı mətbuat nümayəndələrinin mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar atılan növbəti addıma münasibət bildirib.

Ə.Amaşov sosial şəbəkədəki şəxsi səhifəsində Prezident İlham Əliyevə media mənsubları adından təşəkkür edib: «Cənab Prezident, yüzlərlə jurnalist ailəsinə mənzil sevinci bəxş etdiyiniz üçün Sizə media ictimaiyyəti adından dərin təşəkkürümüzü bildiririk. Hər bir vətəndaş üçün Prezidentinin onu qiymətləndirməsindən gözəl yaşantı və qürur ola bilməz. Jurnalistlərimiz Sizin sayənizdə zəhmətlərinin müstəsna bəhrəsini görürlər. Media təmsilçilərimizə bu misilsiz hissi yaşatdığınıza görə minnətdarıq!»

Qeyd edək ki, Prezidentin sərəncamı ilə mənzil sahibi olan 250-dən çox mətbuat nümayəndəsi arasında «Yeni Müsavat»ın da əməkdaşları var.

 





19.07.2017    çap et  çap et