Vaxt.Az

«Şok və məhvetmə»


 

HİV müalicəsində yeni mərhələ

«Şok və məhvetmə» Alimlər HİV virusu ilə mübarizə sahəsində ikili kombinasiyalara əl atıb. Onlar birinci mərhələnin uğurlu olduğunu, digərinin isə effektivliyi uğrunda çalışdıqlarını deyir.

HİV digər viruslar kimi yayılır. Onlar hüceyrələrə daxil olaraq, onların çoxalmasına səbəb olur. Necə deyərlər, infeksiyalı hüceylərinin özlərinin əksini yaradır.

Hazırlkı müalicə yeni hüceyrələrin yaranmasına mane olur və ya yenicə yaranmış hüceyrələri məhv edir. Lakin bu, müalicə deyir. Belə ki, infeksiya vücudda qalır.

Yeni hüceyrələrin yaranması prosesi tamamilə dayandırılsa, xəstələr sıfıra yaxınlaşmış olar.


Virus rezervuarı hələ də gizlidir


Sıfır infeksiya belə sağalmaq demək deyil. Çünki HİV-yə yoluxmuş hüceyrlər immun sistemindən gizlənir və aktiv şəkildə virus ifraz etmir. Problem ondadır ki, müalicə dayandırıldığı an virus «dirilir» və xəstəliyin yayılması başlanır.

Həkimlər yeni hüceyrələrin yaranması prosesini aradan qaldırmağa nail olub. Lakin hələ də rezervuarların məhvinə uzun bir yol var.

Xəstələr həyat boyu dərman atmalıdırlar. HİV virusu onların həyatı bahasına başa gəlməsə də, ciyərlər, böyrəklər, ürək və beynə ciddi ziyan vurur.


Şok və məhvetmə


2012-ci ildə Şimali Karolina alimləri şov və məhvetmə adlandırdıqları conseptə sübut tapmışdılar. Onlar xərçəng xəstəliyinin müalicəsində istifadə edilən Vorinostat dərman preporatlarının bəzi hüceyərləri şoka saldığını və digər hüceyrələrin infeksiyaya yoluxmasının qarşısının alındığını bildirmişdi. Belə ki, gizli virus məhv edilmişdi.

Alimlər yenidən aktivləşən hüceyrələrin ya özlərinin məhv olması, ya da immun sistemi tərəfindən məhv edilməsinə nail olmağa çalışsa da, onların araşdırmaları bunun baş vermədiyini göstərib.

Səbəbi bəlli deyil.

Vorinostatın immun sistemini zəiflətdiyinə dair nəzəriyyələr dolaşırdı. Lakin alimlərin bu son araşdırmaları bu nəzəriyyə dəqiq cavab tapıb-immun sisteminin müəyyən hissələri zəifləmir.


Dərman təhlükəsizliyi


Alimlər Vorinostatındən HIV xəstələrinin də istifadə edə biləcəyi qənaətinə gəlib. Artıq bundan hüceyrələrin şoka salınması sınaqlarında istifadə edilir.

Vorinostat və hüceyrələri məhv edən dərmanların qaraşığı ilə aparılan sınaqlar zamanı təhlükəsizlik standarlarına riayət edilib. Sınaqlarda HİV-ləri nəzarətdə salanan insanlar iştirak edib.

Lakin bu üsülün gizli rezervuarlara nə kimi təsiri olacağı bəlli deyil. Alimlər effektiv müalicə yolunun uzun olduğunu deyir.

 





19.07.2017    çap et  çap et