Vaxt.Az
«Heç nədən narahat deyiləm»
«Milli Şura hansısa partiyanın meydanı deyil»
«Bilirsiniz ki, sessiyanı tez tərk etdim. Ona görə də baş verənlərin birbaşa şahidi olmadım. Baş verənlərə normal yanaşıram, demokratik çəkişmələrdir. Milli Şurada hər kəs öz sözünü deyə bilməlidir. Təbii ki, mən cəbhəçi kimi danışa bilmərəm, o cümlədən də müsavatçı kimi». Bunu Modern.az-a Milli Şuranın üzvü, yazıçı-publisist Mehriban Vəzir adının qurumun Koordinasiya Şurasına salınmasında yaranan narazılıqdan danışarkən deyib. O, baş verənlərin müstəqil mövqeyinə təsir etməyəcəyini deyib: «Müstəqil mövqeyim var. Ola bilər, bu, partiya üzvlərinin düşüncələrinə uyğun olmasın. Hesab edirəm ki, normal proseslərdir. Səs verən də,verməyən də sağ olsun».
M.Vəzir qeyd edib ki, Milli Şura hansısa partiyanın meydanı deyil: «Hansısa partiyanın meydanında, iclasında hər hansı bir söz desəm, bu, mənimçün çətinlik törədərdi. Amma Milli Şura demokratik qüvvələrin meydanıdır. Orada fikirləri bir-birilə yüz faiz üst-üstə düşən iki adam tapa bilməzsiniz. Ona görə də heç nədən narahat deyiləm».
Qeyd edək ki, Milli Şuranın Koordinasiya Şurasına keçirilən səsvermədə Mehriban Vəzir səs qazana bilməyib. VAMP sədri Hacıbaba Əzimov buna etiraz edib. O deyib ki, M.Vəzir mübariz qadındır, adı siyahıda olmalıdır: «Doğru səsvermə keçirilmədi. Nə var ki, Mehriban xanım bir dəfə nəsə deyib. O, hər zaman sözünü doğru deyən insandır. Elə etməyin ki, mən də gedim».
H.Əzimovun etirazından sonra yenidən səsvermə keçirilib və M.Vəzirin adı siyahıya salınıb.
Onu da bildirək ki, M.Vəzirin əleyhinə çıxanlar onu Müsavat Partiyasının mövqeyini dəstəkləməkdə ittiham ediblər.
17.01.2014 çap et