Hafta.az xəbər verir ki, «Baku Business Mərkəzi»ndə baş tutacaq təqdimat mətbuat-konfransı formatında keçiriləcək. Görüşdə «Nargiz» Nəşriyyat Evinin nümayəndələri jurnalistlərin problemləri və bu sahədə keyfiyyətin artırılması istiqamətində açıq dialoq keçirməyi planlaşdırırlar. İstedadlı və perspektivli jurnalistlər üçün imkanlar yaratmaq niyyətində olan Nəşriyyat Evi yeni layihələr üçün maksimum sayda media-işçiləri cəlb etmək niyyətindədir. Layihədə digər nəşrlərin və online portalların təcrübəli əməkdaşları ilə yanaşı, məqalələri artıq dərc olunmuş gənc müəlliflər də iştirak edə bilər.
Bir il ərzində Nəşriyyat Evi müəlliflərlə əməkdaşlıq edəcək və onların fəaliyyətini izləyəcək. Sonda isə beş nəfər jurnalist və publisistdən ibarət qrup yaradılması planlaşdırılır. Həmin şəxslər xaricdə təşkil olunacaq treninqlərdə iştirak edə biləcəklər.
«Nargiz» Nəşriyyat Evi layihəyə CV-lərin qəbulu yanvarın 15-nə qədər həyata keçirib. Bunun üçün jurnalistlər CV və fotolarını
[email protected] ünvanına göndərməli və məqalələrinin faylını (və ya saytdan link) göndərməli idi.