Vaxt.Az

«Söhbət nüvə dövlətindən gedir»


 

Rusiya ABŞ-ı qorxuya salıb

«Söhbət nüvə dövlətindən gedir» Rusiya ABŞ üçün ən böyük təhlükədir. Modern.az saytının xarici KİV-ə istinadən məlumatına görə, bu haqda ABŞ Silahlı Qüvvələri qərargah rəislərinin Birləşmiş Komitəsinin sədri Cozef Danford bildirib.

Onun sözlərinə görə, Rusiyadan gələn təhdidi İran, Çin və Şimali Koreya təhlükələri ilə müqayisə etmək olar. Danford Rusiya-ABŞ qarşıdurmasına yol verməməyin vacibliyindən də söz açıb.

«Rusiya təhlükəsini İran, Çin, Şimali Koreyadan gələn təhdidlərlə müqayisə etmək olar. Lakin məhz Rusiya ən böyük hərbi potensiala malikdir. Bu halda Vaşinqtonla Moskva arasında hər hansı qarşıdurmanın yaranmasına yol verməmək lazımdır. Çünki söhbət nüvə dövlətindən gedir.

«Buna görə də Kremllə kiber sahədə rəqabət aparmaq, NATO ilə əmkdaşlığı isə genişləndirmək lazımdır», - deyə o əlavə edib.

 





23.07.2017    çap et  çap et