Vaxt.Az

«İmarət» - Fred Asifin qərargahı


 

«Qarabağ» FK-nın fan-klubu haranın adını daşıyır?

«İmarət» - Fred Asifin qərargahı Ağdamın məşhur bir yeri də var idi. Bu yer Xan ailəsinin bağı, sonra məzarlığı, sonra «Qarabağ» Futbol Klubunun (FK) stadionu və sonda Fred Asifin Haqq Cəhbəsinin yerləşdiyi İMARƏTdir.

XVIII əsrin birinci yarısında «Şuşa» şəhərinin qurucusu, qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib.

Qarabağ xanlarının cıdır meydanlarından biri də burda yerləşirmiş. Ərazisi böyük olan İmarətin bir hissəsində Qarabağ xanlarının ailə məzarlığı yerləşirdi. Burada Pənahəli xanın, Mehdiqulu xanın, Sarcalı xanın, Mehrəli bəyin, Natəvanın, onun övladlarının və başqa ailə üzvlərinin qəbirləri vardı. Son araşdırmalar təsdiq etmişdi ki, bu məzarıstanın tarixi daha qədimdi. Burdan üzərində alban yazı və işarələri olan qəbir daşları tapılmışdı.

Sonralar cıdır meydanının yerində Ağdamın mərkəzi stadionu inşa edilib. Stadiona hamı «İmarət» deyirdi.

Müharibə zamanı belə «Qarabağ»ı qoynuna alan, işğala kimi bir çox məhrumiyyətlərə dözən stadion. Milli çempionat oyunlarında "Qarabağ"ın futbolçuları bəzən ölüm təhlükəsiylə üz-üzə qalsa da, məhz burada meydana çıxırdı. Az qala hər qarşılaşma zamanı stadionun yaxınlığına «Qrad» düşürmüş. Dəfələrlə oyunlar yarımçıq qalmaq təhlükəsiylə üzləşirmiş, buna baxmayaraq, «Qarabağ» rəqibləri birtəhər yola gətirirmiş ki, görüş başa çatsın.

Hal-hazırda «Qarabağ» Futbol Klubunun əsas fan klublarından biri «İmarət»in adın daşıyır.

P.S. 2-ci fotoda «İmarət»in dağıntılarıdır.


 





23.07.2017    çap et  çap et