Vaxt.Az

Ev alan jurnalistdən inanılmaz paylaşım


 

Prezidentlə selfi çəkdirən redaktor, ASAN radionun aparıcısı iki qoca qadına «it» dedi

Ev alan jurnalistdən inanılmaz paylaşım Bugünlərdə jurnalistlərin binasında ev alması münasibətilə ölkə prezidenti İlham Əliyevin də iştirak etdiyi tədbirə dəvət alan və «Facebook»dakı profil şəklində dövlət başçısının da göründüyü şəklini paylaşan, Avtosfer.az saytının təsisçisi və baş redaktoru, ASAN radionun aparıcısı və eksperti Elməddin Muradlı sosial şəbəkədəki səhifəsində inanılmaz bir status paylaşıb.


«120.lik yolla gelirem. Buzovnada mehsur yolda - uzu Bilgehe teref. Iki qoca arvad qaca-qaca yola cixdi. El-ele tutmusdular. Biri ireli cekir, biri geri. Ortada dayaniblar. Masini qacirsam asacaq, men olecem. Bunlari vursam hec ne olmaz. Iki nene (əvvəlcə it yazmışdı, sonradan dəyişib nənə etdi) yer uzunden silinecek. Soyuq bashla derhal qerar verdim. Ayaq getdi tormoza, el de qeza isiqlarina. Asta-asta bacardigim qeder sixib sureti saldim 70-e ve rahat manevr edib bu ifritelerin arxasindan kecib getdim. Ezrayil da onlarin arxasina kecsin tezlikle)))»

Qeyd edək ki, statusa şərh yazanların qınağına, profilində prezidentlə birlikdə şəklini qoyan bir şəxsə yaraşmayan bir davranışın sərgilənməsinə baxmayaraq, E.Muradlı nəinki ststusunu pozdu, hətta bunu yaya biləcək isanları təhqir etməkdən də çəkinmədi. Həmin statusda bəzi yazışmaları təqdim edirik:


Ulker Abdullayeva:

- İtmi?


Elmeddin Muradli:

- Videosun qoyacam bax, hansi heyvanin adini istesen qoyarsan


Mehseti Serif Ozyurek:

- Elmeddin Muradli??? Qoca arvad ve it? Hec sene yarasdirmadim (yasli qadinlar duz etmeyib. Hem oz hem de senun hayatini tehlukede qoyub. Amma bu yazini sene yarasdirmadim


Elmeddin Muradli:

- Mene bu qeder stres yasadiblar. Ne edek qadindilar? Yolda qadin kisi sohbeti yoxdur.piyada piyadadir.surucu de surucu.


Ashraf Ahmedov:

- Insana it kimi baxan jurnalist vetendas cemiyyetinde saglam dusunce yarada biler?


Elmeddin Muradli:

- Insan ozunu insan kimi apara bilmirse ne etmek lazimdir? Sen apararsan vetendas cemiyyeti ucun gorek ne edirsen.


Ashraf Ahmedov:

- Yolu sehv kecmek insanliqdan cixmaq deyil. Insanliqdan cixmaq, ahil insani tehqir etmekdir. Yolu sehv kecenlerin yox, senin insanligina subhe daha coxdur.


Yusif Baba:

- bu düşüncədə olan insanla....

nə isə, başqa söz deməyəcəm, facebook dostluğumuz bu yerə qədər...


Elmeddin Muradli:

- Biraz tez ol


Ilkin Muradov:

- Qoca qadınlarə it adlandırırsınız. Səbəb isə yol hərəkəti qaydalarını pozmalarıdır. Siz heç yol hərəkəti qaydasını pozmamıssınız?


Elmeddin Muradli:

- Yol.hereketi qaydasini pozmagin en agiridir bu. Hetta vehsilikdi. Menim kecirdiyim stresi kimin ayagina yazaq bes?


Zaur Aliyev:

- Iki it yer uzunden silinecek----BU ne munasibet? Jurnalistsiz Siz. Yaraşarml iki qadını-kiminse anasını, nənəsini it adlandırasız. Ayıb deyilmi?


Elmeddin Muradli:

- Bes o iki qadina yarasirmi ki meni ve ya basqa bir surucunun illerini curutsun?


Zaur Aliyev:

- O qadını qoyaq qırağa. Sİz ziyalısız. Zİyalı da vətəndaşa it deyərmi. O yaşlı qadındır Bilmədən çıxıb yola. Onları o günə salan bələdiyyələri söyün. Günahsız iki ANA-nı yox. Heyf haqqınızda düşüncəkərim dəyişdi


Elmeddin Muradli:

- Menimcun ferq elemir dusuncenizin nece olmasina. Amma nezere alin ki, bele olmaz. Basa dusurem, kecid yoxdur, yolu kecmek lazimdir. Amma daha bele de yox ki. Saat 8-de olub hadisede, hele de ozume gele bilmemisem. Bes o iki nenenin ne haqqi var kiminse heyati ile oynayir? Men olmasaydim, hansisa bir tecrubesiz surucu olsaydi masini qacirdib gedib demirlere girib olseydi onda nece olacaydi? Onda bu nenelerin ele vecineydi yeqin. İndi bir daha dusunun. O iki neneye ne demek olar? Bir surucu onlari vursaydi indi hebsaxanada idi. Onda fikriniz ne olardi?


Zaur Aliyev:

- Mənim üçün fərq edir düşüncəmin dəyişməsi. Cənab Prezidentlə şəkil çəkdirən bir şəxs vətəndaşı it adlandırır. İnanıram bu statusunuz lazımı ünvanlara çatacaq. ANA YASA-nı pozub vətəndaşları təhqir edən jurnalisti biləcəklər. Ümid edirəm Siz o iki ANA-dan üzr istəyəcəksiz İR (İT - red.)sözünə görə


Zaur Aliyev:

- Peşəkar jurnalist əsla yazsında insanı it adlandırmaz. Heyf.


Elmeddin Muradli:

- Vay vay. Dehset. Lazimi unvanlar da ele sizi gozleyir. Biraz tez gonder. Xeber eleyersen videonu da vererem birlikde gonder. Daha maraqli olar


Zaur Aliyev:

- Elmeddin Muradli, məni bilən bilir. Elə dostluğunuzda olanlar və Sizə tanıyanlar o ünvanlara çatdıracaq. Xəbəriniz yoxdur ki, statusunuz bütün səhfələrdə paylaşılır. Elə ona görə də tələsin ki, sildirsəz qruplardan


Zaur Aliyev:

- Elmeddin Muradli Bütün sosial şəbəkədə statusununuz surəti paylaşlılır. Sizi qiyabi tanımasaydım vecimə olmazdı. Sabah bütün hər yerə yayılmamış tələsəin. Elə Sizin kolleqalarınız yayir bunu


Zaur Aliyev:

- Baxın. elə jurnalist kolleqalarınız Sizin statusunuzu lazımı ünvanlara çatdırılar. Mənə təşəkkür edin ki, Sizi xəbərdar edirəm. Bir iki günə məhşur olacaqsiz. Bu da sizə xeyir verməyəcək


Elmeddin Muradli:

- Narahat olma. Qoy paslaşsinlar. Men elimdeki videonu da yayacam, ona da baxsinlar. Gorsunler ki adama stress yasadan o neneneler nece adamdilar. Bunu yayanlara da denen ki, evde arvadlari ile de yataq sekillerini yaysinlar biz de fikrimi yazaq. Kuce usaqlarinin elinden ne gelir? hec ne. Ancaq ozune uygun hereket elemek. Her kim yayibsa menim adimdan bu sozleri ona catdir zehmet olmasa


Zaur Aliyev:

- sizin dostlarinizdir deyin


Elmeddin Muradli:

- O cur fahiselik edenler menim dostum ola bilmez


Zaur Aliyev:

- Girin baxın. Gorun.


Peri Qasanova:

- Müəllim deyə müraciət etdiyiniz bu Elməddin nə dərəcədə bu xitaba layiqdir qadınlara it deməsiylə??? Belələri özü də qocalanda onlara köpək mi deyək?


Elmeddin Muradli:

- Sen qocalanda men sene yuz faiz deyecem. Narahat olma. Darixmaga qoymaram


VAXT.AZ olaraq jurnalist həmrəyliyi nümayiş etdirərək, bu statusun xəbər kimi sayta yerşəşdirilməsini xeyli gözlətdirdik. Yəni status dünən gecə yazılmışdı. Düşündük ki, insandır axşamın yorğunluğu və bununla bərabər stress keçirə bilər və səhər yuxudan oyanar, hirsi soyuyandan sonra statusunu pozar və ən azı həmin statusunda və şərhlərində yazdığı təhqir, aşağılayıcı tonu yığışdırararaq, giley və qınaq şəklinə salar və məsələ böyümədən bitər. Hadisədən 16, statusu paylaşmasından 12 saat keçməsinə rəğmən, baş redaktor sosial şəbəkədə yazdığı statusu pozmaq əvəzinə (yalnız «it» sözünü «nənə» sözü ilə əvəzlədi, mətndəki qarğış və təhqiredici üslubu dəyişdirmədi), onu qınayan şəxslərin bəzisini hədələyici, digər qismini isə aşağılayıcı və təhqir edici şərhlər yazdı. Bu səbəbdən, nəinki sıravi mətbuat nümayəndəsi, hətta baş redaktora, ziyalıya, normal düşüncəli bir insana yaraşmayan statusu xəbər kimi təqdim etməli olduq. Bizə görə, bu davranış jurnalistə etikasına tamamilə yaddır. Görünür, Prezident İlham Əliyevlə yaxın durub şəkil çəkdirən baş redaktor o qədər cuşa gəlib ki, daxilindəkilər bir anın içərsində üzə çıxıb. Elə həmin andan özünü böyük səlahiyyətli, hər kəsdən üstün hesab etməyə başlayıb. Heç kimin heç kəsi, hətta ən qatı cinayətkarı belə təhqir etməyə ixtiyarı yoxdur. Düşünürük ki, ASAN radio kimi məşhur bir radionun aparıcısı və eksperti olmasına baxmayaraq, Elməddin Muradlı mətbuata təsadüfən düşmüş bir şəxsdir. Və belələrinə media nümayəndələri sırasında yer olmamalıdır.

İndi gələk E.Muradlının özünü müdafiə edərkən işlətdiyi «mən olmasaydım, hansısa bir təcrübəsiz sürücü olsaydı, maşını qaçırdıb, dəmirlərə girib ölsəydi» və ya «mənim yerimdə təcrübəsiz sürücü olsaydı o nənələri vurub öldürərdi» fikrinə. Birincisi onu qeyd edək ki, təcrübəsiz sürücü deyilən anlayış yoxdur. Sükan arxasına oturmusansa, təcrübəli və ən əsası soyuqqanlı, təmkinli olmalısan, istənilən situasiyada nə etdiyini əvvəlcədən bilməlisən. İkincisi əgər təcrübən yoxdursa, özündən əmin deyilsənsə, o zaman saatda 120 km sürət yığmağa və göstərilən zolaqda maşın idarə etməyə ixtiyarın yoxdur. Ki, fövqəladə vəziyyətdə idarəetməni itirməyəsən.

P.S.: Düzdür həmin Bakı sakini olan yaşlı qadınlar yol hərəkəti qaydalarını pozmuş və təhlükə yaratmış ola bilərlər. (Baxmayaraq ki, şərh yazanların dediyinə görə, həmin ərazidə bir dənə olsun yerüstü və yeraltı keçid yoxdur. Buna görə də, yolu keçmək məcburiyyətində olan insanların qaydanı pozmaqdan başqa çıxış yolları qalmır). Amma bir jurnalistin anası (bəlkə də nənəsi) yaşda olan iki qadını çox ağır sözlərlə təhqir etməsi yolverilməzdir və heç kim ona bu haqqı verməyib. Sürücülər vəsiqəni daşımazdan qabaq təmkinli olmağa borcludurlar. Hələ jurnalist və ASAN radio kimi ölkənin ən məşhur radiolarından birinin aparıcısı və eksperti olan şəxs bunun məsuliyyətini ikiqat dərk etməlidir.

P.P.S.: Yazdığı statusu paylaşanlara təhqir mesajı göndərən Muradlıya deyirik ki, VAXT.AZ onu bu gündən sonra jurnalist hesab etmir və yazdığı statusu paylaşdı ki, bu digər mətbuat nümayəndəsi adını daşıyanlara dərs olsun. Biz belə şəxslərə qarşı heç bir həmrəylik nümayiş etdirməyəcəyik. Və onlardan da heç bir qorxumuz yoxdur. Əlinlərindən gələni ardlarına qoymasınlar.

 





24.07.2017    çap et  çap et