Vaxt.Az

«Türkiyə avtoritarizmə doğru gedir»


 

Ərdoğanın «rüşvət» əməliyyatında göstərdiyi mövqe...

«Türkiyə avtoritarizmə doğru gedir» İngiltərədə cap olunan The Economist jurnalı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı ittiham edən yazı yayımlayıb. Avropa.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə, jurnal hökumət, məhkəmə, demokratiya mübarizəsini analiz edib.
Jurnal qeyd edib ki, bu mübarizələr Avropa Birliyinə üzvlük ümidlərini çökdürür. 
«İllərdir sürətlə yüksələn və siyasi islahatlar edən Türkiyə Ərdoğanın «avtoritar» yanaşmasıyla artıq geriyə doğru gedir.»
Ərdoğanın məhkəmə, prokurorluq üzərindəki nəzarətinə toxunan jurnal - «Öz içindəki düşmənin kökünü kəsir. Eyni zamanda Türkiyənin AB üzvlüyünə kölgə salır» - yazıb.
Ekonomist jurnalı Türkiyədə  son bir ildə baş verən etirazları, rüşvət qalmaqallarını, polis və məhkəmənin təmizlənməsini, iqtisadi durğunluğu sadalayır. Jurnal yazır ki, başqa dövr olsaydı tanklar indi Ankaranın və İstanbulun mərkəzində gəzərdi: «Bu ağrılı dövrdə şübhəsiz ki, türk əsgərləri əvvəllər 4 dəfə etdikləri kimi bu siyasətçiləri kənara süpürərdi. Generalların əsgər bölüklərində bəzilərinin isə həbsdə olması demokratiyanın inkişafında bir işarədir. Lakin Ərdoğanın «rüşvət» əməliyyatında göstərdiyi  mövqe demokratiyaya keçmişdəki bütün zərbələrdən daha effektli zərbə oldu».
Jurnal iddia edir ki, Ərdoğanın keçmiş müttəfiqi, indiki rəqibi Gülənə yaxın adamlar polis sisteminə və məhkəməyə sızıb.
 





17.01.2014    çap et  çap et