Vaxt.Az

Türkiyəyə qaz ixracı artıb


 

Keçən illə müqayisədə 17,9 faiz

Türkiyəyə qaz ixracı artıb Bu ilin may ayında Türkiyə 3,727 milyard kubmetr təbii qaz idxal edib. «APA-Economics» Türkiyənin Enerji Bazarının Tənzimlənməsi üzrə Şurasının təqdim etdiyi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 15,9 faiz çoxdur. Ötən ilin mayında qardaş ölkə 3,215 milyard kubmetr qaz alıb.

Mayda idxal olunan qazın 3,266 milyard kubmetri boru xətləri, 461 milyon kubmetri LNG təsisatları vasitəsilə nəql olunub.

Hesabat dövründə Türkiyə Rusiyadan 1,948 milyard kubmetr, İrandan 722 milyon kubmetr, Azərbaycandan isə 595 milyon kubmetr qaz alıb.  

Bundan öncə verdiyimiz xəbərə görə, 2017-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycan Türkiyəyə 2 milyard 173,71 milyon kubmetr qaz ixrac edib. Beləliklə, yanvar-may ayları ərzində Azərbaycanın Türkiyəyə ixrac etdiyi qazın həcmi 2 milyard 768,71 milyon kubmetrə çatıb.

Qeyd edək ki, cari ilin aprel ayında Azərbaycan Türkiyəyə 576,84 milyon kubmetr qaz ixrac edib. Göründüyü kimi, aprel ayı ilə müqayisədə mayda Azərbaycan Türkiyəyə qaz ixracını 18,16 milyon kubmetr və ya 3,12 faiz artırıb.

2016-cı ildə Azərbaycan Türkiyəyə 6 milyard 479,87 milyon kubmetr qaz ixrac edib.

Cari ilin may ayında Türkiyədə təbii qaz istehlakı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,9 faiz artaraq 3,435 milyard kubmetrə çatıb.

 





25.07.2017    çap et  çap et