Virtualaz.org-un məlumatına görə, səfirlikdən qeyd ediblər ki, Azərbaycan NATO ilə, həmçinin ABŞ-la beynəlxalq terrorizmlə və radikal qruplarla mübarizə çərçivəsində sıx əməkdaşlıq edir, həmçinin Əfqanıstanda və başqa ölkələrdə sülh missiyasının reallaşdırması üçün silah nəqlində Alyansa köməklik göstərir.
Bəyanatda deyilir ki, qanunsuz silah daşınmasında Azərbaycanın iştirakı haqqında istənilən yalan erməni təbliğatının təsiri altında formalaşdırılır.
Bəyanatda vurğulanır ki, beləliklə, «Silk Way Airlines»in hərbi texnikanın daşınmasında iştirakı haqda deyilənlər uğursuz dezinformasiya cəhdidir: «Belə informasiyanın cəfəngiyyat olduğunu o fakt da təsdiqləyir ki, hərbi texnikanın tranzitinə xüsusi icazə olmadan diplomatik kanallar vasitəsi ilə silah daşınması mümkün deyil».