Vaxt.Az

Maliyyə Nazirliyi tender elan edir


 

Poliqrafiya şirkətlərinin nəzərinə...

Maliyyə Nazirliyi tender elan edir Azərbaycan Respublikası Maliyyə Nazirliyi poliqrafiya məhsulları (blanklar, protokollar və s.) ilə bağlı tender elan edib. Bu barədə VAXT.AZ-a nazirliyin mətbuat xidmətindən məlumat daxil olub. Məlumatda deyilir.


Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad) blanklarının yüksək poliqrafik səviyyədə və razılaşdırılmış müddətdə hazırlanması məqsədilə


TENDER ELAN EDİR


Tender keçirən: Azərbaycan Respublikası Maliyyə Nazirliyi

Ünvan: Bakı şəhəri AZ 1022, S. Vurğun küçəsi, 135

1.Açıq tenderə razılaşdırılmış müddətdə və yüksək poliqrafik səviyyədə CİP Bakı (daşınma və sığorta xərclərini son təyinat yerinədək ödəmək) şərti ilə

- «İnzibati xəta haqqında protokol» 550 000 ədəd;

- «Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin 

edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə 

əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən İnzibati xəta 

haqqında Protokol» 1 320 000 ədəd;

- «İnzibati tənbeh vermə haqqında Qərar» 1 500 000ədəd;

- «İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar» 10 000 ədəd;

- «İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması 

haqqında Qərar» 300 000 ədəd;

- «İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi 

haqqında Qərar» 300 000 ədəd;

- «İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi 

barədə Qərardad» 400 000 ədəd 

«Nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ 

verən Sənəd» 120 000 ədəd

blankların çapı təklif olunur.

2. Tender proseduru 2017-cı ilin sentyabr ayının 8-də saat 11ºº-da Azərbaycan Respublikası Maliyyə Nazirliyinin konfrans zalında (III mərtəbə, otaq № 338) keçiriləcəkdir.

3. Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

3.1. Tenderdə iştirak etmək üçün ərizə;

3.2. İştirak haqqının ödənilməsi barədə bank sənədi (ödəniş qəbzi).

4. Tender təklifləri 2017-ci ilin sentyabr ayının 7-də saat 11ºº-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinin «Müdafiəli sənədlərin dövriyyəsi» sektoruna təqdim olunmalıdır.

5. İstehsal şəraiti və məhsulları beynəlxalq standartların tələblərinə cavab verən, protokol, qərar (qərardad) blankların və ya analoji məhsulların) çapı sahəsində azı beş il iş təcrübəsi, peşəkarlığı, idarəetmə səriştəsi, texniki və maliyyə imkanları olan, «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilmiş şərtlərə əməl edən iddiaçılar tenderdə iştirak edə bilərlər. Vasitəçilik fəaliyyətini həyata keçirən və maddi texniki bazası (öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı) olmayan müəssisələr tenderdə iştirak edə bilməzlər.

6. Tender təkliflərində iddiaçı tender predmetini səciyyələndirən bütün parametrləri, o cümlədən işin icrasının texniki cəhətlərini, icra müddətini, dəyərini, hesablaşma formasını, işin icra yerini göstərməli və çap ediləcək protokol, qərar (qərardad) blankların nümunələrindən bir nüsxəni tender komissiyasına təqdim etməlidir.

7. Protokol, qərar (qərardad) blankları qoruyucu elementlərə malik olmalı, yüksək poliqrafik səviyyədə hazırlanmalı və kağızı beynəlxalq standartlara uyğun olmalıdır;

8. İddiaçının yazılı şəkildə hazırladığı tender təklifi iki zərfə qoyulmalı və hər iki zərf iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir.

9. İddiaçı təqdim etdiyi sənədlərdə özü haqqında aşağıdakı məlumatları

bildirməlidir:

9.1. İddiaçının tam adı, ünvanı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə;

9.2. İddiaçının texniki-istehsalat (işinin əsas istiqamətləri) fəaliyyəti barədə məlumat;

9.3. İddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış.

10. İddiaçı təklifin dəyərinin 3 faizi həcmində bank təminatı təqdim etməlidir.

11. Protokol, qərar (qərardad) blankların hazırlanması məqsədilə keçirilən tenderdə iştirak edən iddiaçılar Maliyyə Nazirliyinə müraciətdən və tenderdə iştirak üçün 500 (beş yüz) manat ödədikdən sonra tenderin şərtlər toplusunu ala bilərlər.

Tenderdə iştirak haqqı bu hesaba köçürülməlidir:

VÖEN 1400108191

Ünvan: Bakı şəhəri, S. Vurğun küçəsi-135

Dövlət Xəzinədarlıq Agentliyi kod: 210005 

M/hesabı: AZ41NABZ01360100000000003944 

VÖEN 1401555071

S.W.İ.F.T. BİK: CTREAZ22

Maliyyə Nazirliyi kitab 002527-2108571

Hesab №AZ83CTRE00000000000002108571

Büdcə səviyyəsinin kodu: 7, Təsnifatın kodu: 142340 

12. Tender təklifinin qəbulu və əlavə məlumat almaq üçün əlaqələndirici şəxs Azərbaycan Respublikası Maliyyə Naziliyinin Vergi siyasəti və gəlirlər şöbəsinin müdir müavini-sektor müdiri Aydın İsayevdir. Əlavə məlumat almaq üçün 28 iyul 2017-ci il tarixindən 07 sentyabr 2017-ci il tarixinədək, saat 10ºº-dan 17ºº-dək müraciət etmək olar (fasilə saat 13ºº-dən 14ºº-dək).

Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri AZ 1022, 

S.Vurğun küçəsi, 135, III mərtəbə, 353-cü otaq

Telefon: (99412) 404-46-94 E-mail: [email protected] 

13.Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuş və rus dilinə tərcümə edilmişdir. 

14.Tender «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikası Qanununa uyğun keçirilir.

 





26.07.2017    çap et  çap et