MMC-nin təsisçilərindən biri Adil Şərifov bildirib ki, müəssisə öz fəaliyyətini davam etdirəcək. «İqtisadiyyat Nazirliyi dondurmaları 14 parametrə görə yoxlayıb. 13-ü standartlara cavab versə də, yalnız birində nəticə yaxşı çıxmayıb. İqtisadiyyat Nazirliyinin əməkdaşları dondurma nümunələri satış mərkəzlərindən götürüb. Əslində isə, analiz nümunəsi mütləq istehsalat müəssisəsinin anbarından götürülməli idi. Məhsul mağazaya çatdırılana qədər xeyli yol keçir, əl dəyişir. Bu zaman nəticə heç vaxt düz çıxa bilməz. Bağırsaq çöpü tipli bakteriyalar çirkli mühit deməkdir. Bu bakteriyalar əlimizdə, avtobus tutacaqlarında, əksər yerdə var», - A.Şərifov söyləyib. (lent.az)