Vaxt.Az

Soyadları da oğurluq «ermənilər»


 

Bəzi türk familiyalıların ulu babaları elə türk olub

Soyadları da oğurluq «ermənilər» Ermənilər iddia edirlər ki, onların indi daşıdıqları adlar bineyi qədimdən belə olub. Rus arxivlərinin birində belə bir fotoya rast gəldim. XVIII-əsrə qədər ermənilərin adları fotodakı kimi olub. Ən çox qoyulan bu adlar olub. Bəs necə oldu ki, ermənilər içində Allahverdiyanlar, Əvəzyanlar və digərləri yarandı.

1987-ci ildə çıxan, «Erməni soyadları» kitabının 112-114-cü səhifəsində yazılır: «Erməni soyadlarının yalnız 26,3 faizi orjinal erməni dilindən yaranmış, qalan adların 194-ü fars, 113-ü türk, 111-i ərəb, 60-ı yunan, 54-ü yəhudi, 44-ü isə digər dillərdən götürülmüşdür».

Rus tədqiqatçısı Aleksandr Tronskiy yazır: «Ömrüm boyu mən anamın qızlıq familiyasını – «Ağabekyan» olması heyrətləndirirdi, araşdırdığım bütün erməni mənbələrində ağa və bəy sözünə rast gəlməmişdim. XIX əsrə qədər rast gəldiyim bütün mənbələrdə Ağabəy yazılırdı. Ağa-fars, Bəy isə türk mənşəli sözdür. Bu bir daha mənə ermənilərin soyadlarının oğurluq olduğunu sübut etmiş oldu. www.proza.ru/2013/05/15/1526»

Bir çox tanınmış erməni ailələri Camal, Cəlal, Xanlar, Sərdar, Nəriman, Nəsib, İslam, Mirzə, Mədət, Mərdan, Murad, Osman, Qasım, Şahbaz, Şahin kimi saysız-hesabsız adlarımızı mənimsəyərək özününküləşdirmişlər.

Mütəxəsislərin fikirincə ermənilərin Türk adlarının soyad kimi götürmələrinin başqa səbəbləri də var. Biri odur ki, bəzi türk soyadlı ermənilərin ulu babaları elə türk olub. Ona görə də bu ermənilər babalarının adlarını soyad kimi götürüblər. Məsələn, Məlikyanın ulu nənəsi o vaxtlar Məlik adlı Turkdən uşaq dünyaya gətiribsə, həmin şəxsin soyadı qalıb Məlikyan.

Aşağıda misal kimi göstərdiyim adlar da həmin qəbildəndir:

Ağacanyan – (türk.)

Ağaxanyan — (türk.)

Ağayan – (türk.)

Azadyan – (türk.)

Arazyan – (azərb.)

Atabəyyan – (türk.)

Ataxanyan – (türk.)

Ərşədyan – (ərəb.)

Ahverdiyan – (ərəb, türk.)

Allahverdiyan – (ərəb, türk.)

Arslanyan – (türk.)

Altunyan – (türk.)

Atayan – (türk.)

Qaraxanyan – (türk.)

Köçəryan – (azərb.) Köçəri

Xanzadyan – (türk.)

Xudaverdiyan – (azərb.)

Yüzbaşyan – (türk.)

Bəxşiyan – (türk.)

Beqlaryan – (türk.)

Vəziryan – (azərb.)

Dədəyan – (türk.)

Dəlləkyan – (azərb.)

Dəmirçiyan – (azərb.)

Mailyan – (türk.)

Ormanyan – (türk.)

Tumanyan – (türk.)

Ulubabayan – (türk.)

 





26.07.2017    çap et  çap et