Elmi tədqiqatdan bu da görünür ki, sperm sayının azalması meyli dəyişmir.
Alimlər bildirirlər ki, spermlərin azalması meyli dünyanın Cənubi Amerika, Afrika və Asiya kimi başqa yerlərində müşahidə olunmur.
Ekspertlərdən biri bu araşdırma nəticəsini həyəcanlandırıcı adlandırıb.
«Human Reproduction Update» jurnalında dərc edilmiş tədqiqat nəticələrinə görə 1971-2011-ci illər arasında Avropa, Şimali Amerika, Avstraliya və Yeni Zelandiyada yaşayan kişilərdə sperm sayı 59,3 faiz azalıb.
Kişilərdə sperm sayının azalmasına ən müxtəlif kimyəvi proseslər səbəb olur.
Məsələn, plastik materialların daha elastik olması və mebelin yanğınadavamlığının artırılması üçün istifadə edilən kimyəvi maddələr da sperm sayının azalmasına təsir göstərir.