Vaxt.Az
«Açıq və dəqiq deyirəm»
«Bir dəqiqə də yanımda saxlamaram»
Korrupsiya və rüşvətxorlu]a qarşı aparılan 17 dekabr əməliyyatı haqqında danışan Rəcəb Tayyib Ərdoğan CHP lideri Kamal Kılıçdaroğluya da cavab verib.
Avropa.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə, Ərdoğan deyib: «Son zamanlar müxalifət övladlarıma qarşı böhtan kampaniyasına başlayıb. Açıq və dəqiq deyirəm. Əgər övladlarımdan biri rüşvətə qarışsa, bir dəqiqə də yanımda saxlamaram. Övladlıqdan rədd edərəm. Övladlarımın sosial fəaliyyətindən narahat olan müxalifət aynaya baxsın. Bunların keçmişi qaranlıqdır. Bunların dövründə millət dərmanını belə ala bilmirdi».
«Hər kəs səhv edə bilər» deyən baş nazir sözünə davam edib: «Hər kəs günahlarının cavabını verəcək. Heç kim haqqın məhkəməsindən yayına bilməz. Haqqın məhkəməsindən əvvəl özümüz özümüzü sorğuya çəkməliyik».
Ərdoğan 17 dekabr əməliyyatının dövlətə qarşı əməliyyat olduğunu söyləyib. O. iş adamlarının həbs olunmasına münasibət bildirərək, bununla kredit sistemini çökdürmək istədiklərini bildirib.
17.01.2014 çap et