APA xəbər verir ki, bugünkü ticarət sessiyasında dolların ABŞ-ın altı əsas ticarət tərəfdaşının valyutasından ibarət səbətə nisbətən məzənnəsi 0,04 faiz azalaraq 93,36 bəndədək zəifləyib. Sessiya ərzində dollar hətta 93,15 bəndədək geriləyib ki, bu da 2016-cı ilin iyun ayının 24-dən etibarən ən aşağı göstəricidir.
Avronun dollara qarşı məzənnəsi 1,1747 dollaradək bahalaşıb. Ötən sessiyanın sonunda 1 avro 1,1735 dollara dəyişdirilib.
ABŞ valyutasının Yaponiya yeninə nisbətən məzənnəsi isə 111,06 yen səviyyəsinə qədər geriləyib. Halbuki ötən sessiyada 1 dollar 111,17 yen olub.
Xatırladaq ki, ötən gün başa çatan ikigünlük iclasın ardınca FED bəyan edib ki, uçot dərəcəsi 1-1,25 faiz səviyyəsində saxlanılıb. Tənzimləyicinin yaydığı press-relizdə qeyd olunub ki, balansdakı aktivlərin azaldılması prosesinə «nisbətən tez» başlanacaq.
FED əlavə edib ki, ABŞ-ın əmək bazarı möhkəmlənməkdədir, iqtisadi aktivlik isə mülayim artım nümayiş etdirir. İllik inflyasiya hələ də mərkəzi bankın hədəf göstəricisi olan 2 faizdən aşağı olaraq qalır.
***
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
Virtualaz.org-un məlumatına görə, Nyu-Yorkun NYMEX («New York Mercantile Exchange») birjasında «Layt» markalı neftin bir barelinin qiyməti 0,09 dollar azalaraq 43,94 dollar təşkil edib.
Londonun ICE («InterContinental Exchange Futures») birjasında «Brent» markalı neftin bir barelinin qiyməti də 0,09 dollar azalaraq 48,77 dollar olub.
Azərbaycanın «AzəriLayt» markalı neftinə gəlincə, onun bir barelinin qiyməti 0,65 dollar bahalaşaraq 51,78 dollar təşkil edib.
***
01:21
Dünya birjalarında neftin qiyməti yüksəlməkdədir.
Virtualaz.org xəbər verir ki, Bakı vaxtı ilə saat 00:40-a olan məlumata görə, «Brent» markalı neftin sentyabr fyuçersinin 1 barreli 50,90 dollara satılıb.
Bu rəqəm çərşənbə günü səhər alqı-satqı sessiyası başlayan vaxt qeydə alınmış göstəricidən 0,70 dollar, yaxud 1,39 faiz yüksəkdir.