Ukrayna Ali Radasının deputatı Nadejda Savçenko prezident Petro Poroşenkonun Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi barədə qərarını qeyri-qanuni adlandırıb.Virtualaz.org xəbər verir ki, Savçenko özünün «Facebook» səhifəsində bununla bağlı yazıb: «Hətta düşmənimiz də işğalçı ölkənin baş nazirinin bəyanatı şəklində buna gülür. Prezidentimiz qərarları çar kimi qəbul edir – istəyirəm, vətəndaşlıq verirəm, istəmirəm, məhrum edirəm».
çap et