Vaxt.Az

ABŞ İranın hərbi bazalarını yoxlamaq istəyir


 

Pentaqon lazımi sübutların axtarışı üçün kəşfiyyat aparır

ABŞ İranın hərbi bazalarını yoxlamaq istəyir ABŞ prezidenti Donald Trampın administrasiyası İrandakı «şübhəli» hərbi bazaların yoxlanılmasını tələb edir.

Azvision.az xəbər verir ki, əgər Tehran yoxlamaların keçirilməsinə mane olarsa, Trampın İranın sövdələşməyə əməl etmədiyi və sazişin mümkün pozulmasında bu ölkənin məsuliyyət daşıdığını deməsinə əsas yaranacaq.

Qeyd olunub ki, İrandakı yeni obyektlərdə yoxlama aparmaq üçün ABŞ Beynəlxalq Atom Enerjisi Agentliyinin və sazişdə iştirak edən ölkələrin əksəriyyətinin dəstəyini almalıdır. Lakin Vaşinqton İranda yerləşən hərbi obyektlərdə qadağan olunmuş fəaliyyətlərlə bağlı inandırıcı sübut təqdim etməyib.

Agentlikdəki mənbənin məlumatına görə, ABŞ hazırda lazımi sübutların axtarışı üçün kəşfiyyat aparır.

 





27.07.2017    çap et  çap et