Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarına münasibət bildirib. APA-nın verdiyi məlumata görə, o bildirib ki, Rusiyanın cavabı qanun layihəsinin yekun variantından asılı olacaq.«Biz özümüzü çox səbrli aparırıq, lakin hansısa məqamda cavab verməli olacağıq. Ölkəmizə qarşı hansısa tərbiyəsizliyə daim dözmək olmur», - deyə o vurğulayıb.
Putin qeyd edib ki, ABŞ-ın nəzərdən keçirdiyi qanun layihəsi rəqabət mübarizəsində geosiyasi üstünlüklərdən yararlanmaq cəhdidir. O vurğulayıb ki, Rusiya-ABŞ münasibətləri ABŞ-ın daxili məsələlərinə qurban verilir.
çap et