Vaxt.Az

Taliban restoran partlatdı


 

BMT terrorda 3 əməkdaşını itirdi

Taliban restoran partlatdı Əfqanıstanın paytaxtı Kabildə daha çox əcnəbilərin getdiyi məşhur restoranların birində güclü partlayış baş verib. Kamikadzenin özünü partlatması nəticəsində 16 nəfərin həlak olduğu, onlarla adamın yaralandığı bildirilir. «BBC»-nin məlumatına görə, ölənlərdən 3-ü BMT-nin əməkdaşıdır. Şahidlər sözlərinə görə, terrorçulardan ikisi restorana girərək, atəş açmağa başlayıb. Daha sonra üçüncü terrorçu zala daxil olaraq özünü partladıb.
APA TV-nin xəbərinə görə, ölənlərin əksəriyyəti əcnəbidir. Kabil şəhərinin polis rəisi Məhəmməd Zahir terrorçuların öldürüldüyünü bildirib. Həmin rayonda bir sıra xarici təşkilatlar, eləcə də Kanada, Norveç və Tacikistanın səfirliyi yerləşir.
Həlak olanlar və yaralananlar haqda dəqiq məlumat yayılmayıb. Partlayışın məsuliyyətini Taliban hərəkatı üzərinə götürüb. Yaraqlıların təmsilçisi bildirib ki, basqının hədəfində xarici məmurlar olub.
 





18.01.2014    çap et  çap et