Vaxt.Az

Səfərdə minimum hesablı məğlubiyyət


 

«Panatinaikos» 0:1 «Qəbələ»

Səfərdə minimum hesablı məğlubiyyət İyulun 27-də «Qəbələ» klubu futbol üzrə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində ilk oyununu keçirib. Afinadakı «Apostolos Nikolaidis» stadionunda Yunanıstanın «Panatinaikos» komandası ilə qarşılaşan «Qəbələ» 0:1 hesabı ilə məğlub olub.

İspaniyalı referi Xuan Martines Munueranın idarə etdiyi oyunda yeganə qolu matçın 37-ci dəqiqəsində rəqib komandanın heyətində Gilyerme Molins 11 metrlik cərimə zərbəsindən vurub. Qalan dəqiqələrdə matçda qol olmayıb və oyun bu hesabla başa çatıb.

Komandalar arasında cavab qarşılaşması bir həftə sonra Bakıda, «Bakcell Arena»da keçiriləcək.

Xatırladaq ki, iki il əvvəl bu komandalar Avroliqanın play-off mərhələsində üz-üzə gəliblər. Həmin mövsüm Roman Qriqorçukun baş məşqçisi olduğu kollektiv məhz səfərdə vurduğu qollar sayəsində tarixində ilk dəfə qrup mərhələsində oynamaq hüququ qazanmışdı - 0:0, 2:2.

 





28.07.2017    çap et  çap et