Vaxt.Az

Bəyi toyda əqrəb sancdı


 

Şirvan şəhər sakini reanimasiyaya yerləşdirilib

Bəyi toyda əqrəb sancdı Şirvan şəhər sakinini əqrəb sancıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvandakı şadlıq saraylarından birində keçirilən toyda baş verib. Şadlıq sarayında toyu olan Şirvan sakini, 1990-cı il təvəllüdlü Dadaşov Elçin Eyvaz oğlunun əqrəb sancmasından sonra vəziyyəti ağırlaşıb.

E.Dadaşov Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, müvafiq tədbirlər görüldükdən sonra evə buraxılıb.

Eyni gündə başqa bir Şirvan sakini, 1979-cu il təvəllüdlü Azayev Natiq Mikayıl oğlu da əqrəb sancması ilə Şirvan şəhər Xəstəxanasının reanimasiyasına yerləşdirilib. Ona da yardım edildikdən sonra evə buraxılıb.

 





28.07.2017    çap et  çap et