Vaxt.Az

Onlara Kadırovu öldürmək tapşırılmışdı


 

Çeçenistanda səs-küylü məhkəmə prosesi

Onlara Kadırovu öldürmək tapşırılmışdı Çeçenistanın Qudermes şəhər məhkəməsi respublikanın başçısı Ramzan Kadırova sui-qəsd haqda işin üç fiqurantının hərəsinə cəzalarını ciddi rejimin koloniyada çəkməklə 6,5 il həbs cəzası verib.

Virtualaz.org bildirir ki, bu barədə RİA Novosti respublika Ali Məhkəməsindəki mənbəyinə istinadən xəbər yayıb.

Həmin şəxslər bunlardır: «Vostok» batalyonunun sabiq zabiti İsa Yamadaevin keçmiş mühafizəçisi Əziz Alviyev, həmin batalyonun döyüşçüsü Beslan Zakarayev və onun qonşusu Şamxan Maqomedov. Onlar cinayətlərini etiraf ediblər.

Qeyd edilib ki, sui-qəsdin sifarişçisi İ.Yamadayev bu ilin martında federal axtarışa verilib. Kadırova məhz onun sui-qəsdi hazırladığını yuxarıda adları çəkilənlər də təsdiq ediblər.

İ.Yamadaeva barəsində iş ayrıca icraata götürülüb və materiallar hərbi istintaqa verilib.

Onu da xatırladaq ki, R.Kadırovun həyatına əvvəllər də dəfələrlə sui-qəsd və ya qəsdə cəhdlər olub.

 





29.07.2017    çap et  çap et