Virtualaz.org bildirir ki, Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında belə deyilir.
Açıqlamaya əsasən, aparılan araşdırma nəticəsində məlum olub ki, Azərbaycan Ordusu barədə yalan, iftira, təxribat məqsədli xəbər yayan “Tofiq İbrahimov” adlı «Facebook» profili Ermənistanın xüsusi xidmət orqanları tərəfindən yaradılaraq idarə edilir, həmin profildə paylaşılan bütün hadisələr uydurmadır, ad və soyadları çəkilən şəxslərin Silahlı Qüvvələrə heç bir aidiyyəti yoxdur: «Müdafiə Nazirliyi bildirir ki, düşmən tərəfindən sosial şəbəkələrdə məqsədyönlü şəkildə yaradılan saxta səhifələrdə ordumuzla əlaqədar yayılan neqativ məlumatlar təxribat xarakteri daşıyır və heç bir reallığı əks etdirməyən bu kimi xəbərlərin gələcəkdə də yayılması istisna edilmir. Bir daha kütləvi informasiya vasitələrinin nümayəndələrini, sosial şəbəkə istifadəçilərini və ictimaiyyəti diqqətli olmağa, düşmən təbliğatına uymamağa, Ermənistanın bu cür təxribatlarına qarşı qlobal internet məkanında və mətbuatda aktiv əks-fəaliyyət göstərməyə çağırırıq».