Vaxt.Az

«Qarabağ»ı gözləyən «ölüm qrup»u


 

Yalnız «Leypsiq»in reytinqi «Qarabağ»dan aşağıdır

«Qarabağ»ı gözləyən «ölüm qrup»u Çempionlar Liqasının qrup mərhələsinin təxmini səbətləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, III təsnifat mərhələsinin cavab oyunları başa çatmamış əsas raundun 32 iştirakçısının yer ala biləcəyi təxmini «səkkizlik» bəllidir.

Yarışa birbaşa qrupdan başlayacaq 22 komandanın burada iştirakı dəqiqdir. Digər 10 komanda isə reytinqinə görə siyahıya daxil edilib. Bu üzdən də təsnifatdan mübarizəyə başlayan və əmsalı aşağı olan (18,050) «Qarabağ»ın adı «32-lik»də yoxdur.

Çempionlar Liqasının pley-offunu adlayacağı halda isə təmsilçimiz sonuncu səbətdə yer alacaq. Düzdür, bu da komandamıza «Ölüm qrupu» vəd edir. Amma nəhəngləri ölkəmizə gətirmək imkanından yararlanmaq da böyük uğurdur.

Birbaşa qrupa düşən 22 komandadan 8-i I səbətdədir. Bunlar ən yüksək reytinqli 8 ölkənin çempionudur. 

İkinci səbətdə isə 7 komanda dəqiq yerini təmin edib. «Sevilya» isə hələ tur adlamalıdır. Digər iki səbətdə isə pley-off matçlarını gözləmək lazım gələcək. Ehtimallar üzərində qurulan cədvələ baxsaq, yalnız «Leypsiq»in reytinqi «Qarabağ»dan aşağıdır.


I səbət

«Real»

«Bavariya»

«Çelsi»

«Yuventus»

«Benfika»

«Monako»

«Spartak» Moskva

«Şaxtyor»


II səbət

«Barselona»

«Atletiko»

PSJ

«Borussiya» Dortmund

«Sevilya»

«Mançester Siti»

«Porto»

«Mançester Yunayted»


III səbət

«Napoli»

«Tottenhem»

«Bazel»

«Dinamo» Kiyev

«Ayaks»

«Olimpiakos»

«Anderlext»

«Liverpul»


IV səbət

«Roma»

«Beşiktaş»

«Seltik»

«Zalsburq»

«Kopenhagen»

«Lüdoqorets»

«Feyenord»

«Leypsiq»

 

Qeyd: Qalın-kursiv şriftlə təsnifatdan gələ biləcək daha yüksək reytinqli komandalar fərqləndirilib.

 





02.08.2017    çap et  çap et