«Mən Ukrayna vətəndaşıyam və mütləq ora qayıdacağam». APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Odessanın sabiq qubernatoru Mixail Saakaşvili bu bəyanatla çıxış edib. O, həmçinin ABŞ-ın müdafiəsinə ehtiyacı olmadığını deyib.Bununla belə sabiq qubernator Ukraynaya qayıdacağı konkret vaxtı açıqlamayıb.
M. Saakaşvili Ukrayna prezidenti Petro Poroşenkoya mesaj göndərib: «Baş verənlər Poroşenkonun ehtiyat etdiyi güclü oyunçunun siyasi arenadan kənarlaşdırılmasından başqa bir şey deyil».
Qeyd edək ki, M.Saakaşvili prezident P.Poroşenko tərəfindən iyulun 26-da sənədlərindəki uyğunsuzluq səbəbindən vətəndaşlıqdan məhrum edilib. Bundan sonra o, hakimiyyəti Avropa Məhkəməsi ilə hədələyib.
çap et