Vaxt.Az

«Qarabağ» coşqu ilə qarşılandı


 

«Püşklə bağlı bir şey düşünmürük»

«Qarabağ» coşqu ilə qarşılandı Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn Ağdamın «Qarabağ» futbol komandası Moldovadan vətənə qayıdıb. APA TV-nin məlumatına görə, komandanı gətirən təyyarə saat 5.00-da Bakıya enib.

«Qarabağ»ın futbolçularını hava limanında azarkeşlər qarşılayıb.

Klubun baş məşqçisi Qurban Qurbanov oyunla bağlı təəssüratlarını bölüşüb və püşkatmadan gözləntilərini açıqlayıb.

Qurban Qurbanov, «Qarabağ»ın baş məşqçisi: «Ağır, çətin oyun oldu. Komandada, futbolçularda istər-istəməz gərginlik var idi. Amma Allaha şükürlər olsun ki, sonda hər şey bizim tərəfimizdə oldu. Hələlik püşklə bağlı bir şey düşünmürük. Hansı komandanın olacağını gözləyəcəyik».

Qeyd edək ki, Azərbaycan çempionu «Qarabağ» ötən gün Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Moldovada bu ölkənin ən titullu klubu «Şerif»in qonağı olub. Bakıda rəqibini məğlub edə bilməyən (0:0) Qurban Qurbanovun yetirmələri səfərdə 1:2 hesablı qələbəyə sevinib. Tiraspolda uğur qazanmaqla «Qarabağ» «play-off» mərhələsinə vəsiqəni təmin edib. «Qarabağ» qitənin ən nüfuzlu klub turnirində «play-off» mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olub.

 





02.08.2017    çap et  çap et