Vaxt.Az

Qurban, sizə və uşaqlarına qurban!


 

Tanrı bu sevincləri sizdən və bizdən əsirgəməsin!

Qurban, sizə və uşaqlarına qurban! Əzizim Qurban Qurbanov!

Sizi və uşaqlarını bağrıma basıram, təbrik edirəm. Uşaqların deyəndə, futbolçuların xətrinə dəyməsin. Yaşlarından asılı olmayaraq, mən onları sənin övladların kimi qəbul edirəm. Əjdahasınız! Mən komandamızın qalib gələcəyinə inanırdım. Çünki sizə inanırdım və sizin yetirmələrinizə inanırdım. Bütün futbolsevərlərə sevinc yaşatdınız. Tanrı bu sevincləri sizdən və bizdən əsirgəməsin!

Emrah Çelikeli, mənim əziz dostumu, bu komanda üçün canından belə keçməyə hazır olan dostumu təbrik edirəm!

Tahir Gözəl bəyi təbrik edirəm. Bu komanda üçün elədiklərinə görə, bütün qarabağlılar adından təşəkkürümü bildirirəm.

Rəşad! Son zamanlar sənin üstünə çox gedirlər. Amma bilmirlər ki, iraq səndən, bir dəvənin nəşi qırx eşşəyə yükdü. Sənin bu sahədə olmağın kifayətdi «Qarabağ»ın qələbəsi üçün.

Maksim! Səni necə çox istəyirəm özün bilirsən. Zədələnməyinə üzüldüm. İnşallah, tezliklə sağalarsan.

Qara! Adın Qara olsa da həmişə üzümüzü ağ eləmisən. Sağ ol!

Aqolli! Hərdən səni söyürəm, amma bu sevgidən olan söyüşdü. Uğurlar!

Bədavi! Narahat olma pley-offda qol vurassan.

İbrahim! «Qarabağ»ın qapısını əjdaha kimi qoruyursan. Futboldan ayrılandan sonra deyəcəm səni Müdafiə Nazirliyinə işə götürsünlər.

Və yenə təkrar eləyirəm:

Anadır arzulara hər zaman Qarabağ!

Oxuyan dil dodağı, nə tardı, nə kamandı, Qurban Qurbanovdu və onun uşaqlarıdı.

P.S. Qurban, sizə və uşaqlarına qurban, bu söz təkcə yetirmələrinə aid deyil, həm də sənin doğma balalarına da aiddi. (qol.az)

 





02.08.2017    çap et  çap et