Yarı müstəqil «vizasız özəl turistik bölgə»nin qurulması üçün Səudiyyə Ərəbistanı İctimai İnvestisiya Fondu maliyyə ayıracaq. Çimərlikdə beynəlxalq standartlardakı qanunlar qüvvədə olacaq. Fonda rəhbərliyi şahzadə Məhəmməd bin Salmanda edəcək. Şahzadə eyni zamanda ölkə iqtisadiyyatının neft gəlirlərindən asılılığını aradan qaldırmağa cavabdeh şəxsdir. Turizm islahatlarda önəmli yer tutur. Qırmızı dəniz layihəsindən 15 milyard dollarlıq gəlir əldə edilməsi gözlənilir. Çimərlik 200 km-lik dəniz sahilini əhatə edəcək.