Virtualaz.org xəbər verir ki, Qazaxıstanın cənubundakı Çimkənt şəhərində dəbdəbəli toy kortejini havadan vertolyot müşaiyət edib, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Videorolikə əsasən kortej «Bentley», «Lexus», «Toyota Land Cruiser» kimi bahalı avtomobillərdən ibarətdir.
Məlum olub ki, vertolyot Qazaxıstanın neft şirkətlərindən birinə məxsusdur. Həmin şirkətin aviasiya departamentinin rəhbəri Kuanış Musayev jurnalistlərə deyib ki, vertolyotu toy sahibləri 800 dollar verib yarım saata kirayələmişdilər. «Biz aviasiya işi həyata keçirmək üçün icazə almışıq. Elan üzrə bizə adam yaxınlaşdı, pulunu ödədi. Yəqin dostları ilə yığışacaqdı. Uçuşu həyata keçirdik. Biz onlara dağları, yaxşı yerləri göstərdik. Geri qayından xahiş etdilər ki, toy kortejinin üstü ilə uçaq. Vertolyotda bəy, gəlin və dörd qonaq var idi», - o bildirib.