Vaxt.Az

12 milyardlıq layihə


 

Avropa Birliyi Baltik dənizi ilə Qara dənizi birləşdirir

12 milyardlıq layihə Avropa Birliyi Baltik və Qara dənizi birləşdirəcək su dəhlizinin tikintisi üçün Polşa, Belarus və Ukraynaya 12 milyard dollar vəsait ayırmağa hazır olduğunu bildirib.

APA TV-nin məlumatına görə, 2000 kilometr uzunluğu olacaq dəhlizin 500 kilometri Belarusun payına düşür. Su dəhlizinin yaradılması üçün Visla, Qərbi Buq, Pripyat və Dnepr çaylarının, gəmiçilik üçün yararlı olan kanalların imkanlarından istifadə ediləcək. Layihə həyata keçdikdən sonra yüklərin Baltik dənizindən Qara dənizə daha qısa yolla və ucuz daşınması mümkün olacaq.

Hesablamalara görə, yeni kanal vasitəsilə yüklərin Qara dənizə daşınması dəmiryolu daşımalarından 1,5, avtomobil vasitəsilə daşımalardan isə 5 dəfə ucuz başa gələcək.

 





03.08.2017    çap et  çap et