Müxtəlif yol nişanları, şlaqbaumlar və təhlükəsizlik keçidləri... Hətta bu mağazalarda işiqforda satılır.
Bütün bunlar Bakıda fəaliyyət göstərən bir neçə mağazada satılır. bu nişanlar daha çox xaricdən əsasən də Türkiyədən gətirilir. Satıcıların sözlərinə görə, nişanlara tələbat var. Nişanları həm yol infrastrukturunda fəaliyyət göstərən tikinti şirkətləri, həm də adi vətəndaşlar alır. Vətəndaşlar daha çox şlaqbaum və təhlükəsizlik nişanları alırlar. Onlar əsasən bu nişanları yaşayış binalarının həyətlərində və bağ evlərinin qarşısında quraşdırmaq üçün alırlar.
Satıcılar deyir ki, yol hərəkəti ilə bağlı olan nişanlar hər kəsə satılmır. Bunun üçün yalnız, dövlət yol polisinin icazəsi olmalıdır. Qiymətlərə gəldikdə isə, şlaqbaumlar 3 min manata, təhlükəsizlik məqsədilə quraşdırılan nişanlar isə 40 -250 manat arasında satılır.
Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev isə bildirdi ki, istənilən şəxs bu cür mağazalardan nişanlar və digər əşyalar ala bilər. Yəni, bu qanunla qadağan deyil. Yalnız yollara yol polisinin icazəsi əsasında nişanlar quraşdırıla bilər.