Vaxt.Az

«Nə lazımdısa, edəcəyik»


 

Fariz Nəcəfov: «Bilirdik ki, çətin olacaq»

«Nə lazımdısa, edəcəyik» «Qəbələ»nin vitse-prezidenti Fariz Nəcəfov «Panatinaikos»la oyundan sonra jurnalistlərə müsahibəsində apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

- Nəticə niyə belə oldu?

- Komandanın yorğuluğu və yeni oyunçuların yaxşı adaptasiya ola bilməməsi nəticədə əsas səbəb oldu. Başqa deyəcək nəsə bir şey yoxdu.


- Rəhbərlik oyun başa çatmamış tərk etdi stadionu. Narazılıq var idi?

- Xeyr, sadəcə olaraq sonlarda artıq nəyisə dəyişmək mümkün olmadığına görə, belə qərar verdilər.


- Səfərdəki oyundan sonra çətin olacağını düşünürdünüzmü?

- Əlbəttə. Bilirdik ki, çətin olacaq. Ancaq ümid edirdik ki, komanda öz oyununu oynaya biləcək. Çünki öz oyununu oynaya bilməyəndə rəqib güclü olur. Bizim komanda bu gün 10-15 dəqiqə oynaya bildi, o da ikinci hissənin əvvəlində. Qalan vaxtlarda rəqib daha güclü görsənirdi.


- Sizcə heyətdə birdən-birə 11 oyunçunun dəyişməsi uğursuzluqda əsas səbəblərdəndimi?

- Əlbəttə, bu amil də böyük rol oynayır. Ancaq biz bunu bilərək və istəyərək etmirik. Belə alınır.


- Avroliqada mübarizəni dayandırdınız. Demək olarmı ki, çempionata daha yaxşı köklənəcəksiniz?

- Çempion olmaq üçün nə lazımdısa, edəcəyik. Ancaq hər şey mövsümün sonunda bəlli olacaq.

 





04.08.2017    çap et  çap et