Nərimanov rayon Polis İdarəsindən APA-ya bildiriblər ki, qəza nəticəsində avtomobilin sürücüsü Mehdi Əliyev və piyada Vaqif Əsədov həlak olublar. Hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları – Mutallib Tekiş və Songül Tekiş xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Qəza hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Bəzi hadisə şahidlərinin bildirdiyinə görə, qəza zamanı avtmobildə baş nazirin müavininin nəvəsi də olub və xəsarətlər alıb, lakin onu tələsik avtomobildən çıxararaq aparıblar. Hələlik Əli Həsənovun özü və ya ailə üzvlərindən qəza ilə bağlı şərh verən olmayıb.
Bu arada PrimeTime.az saytı iddia edir ki, Nail Allahverdiyev qəzada ağır yaralanıb və hazırda xəstəxanalardan birindədir. Onun avtomobildə yanğın baş verməzdən əvvəl son anda yerə atıldığı bildirilir. Məsələ ilə bağlı gecə saytlara açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov ətraflı məlumatının olmadığını bildirib: «Hadisə barədə indicə xəbər tutmuşam. İlkin əldə etdiyim məlumata görə, iki nəfər hadisə yerindəcə keçinib, bir nəfər isə yaralıdır. Daha ətraflı məlumat əldə etməyə çalışıram. Hal-hazırda məndə olan məlumatlar bunlardır».
O da bildirilir ki, 1995-ci ildə anadan olmuş Nail Allahverdiyev bizneslə məşğuldur, məşhur «Soho» klubunun sahibidir, onun ötən ayın 19-da toy mərasiminin olduğu da məlum olub.