Vaxt.Az

Düşmən ordusunda içməli su problemi


 

Yolxucu xəstəliklər erməni əsgərlərinin əsas bəlasıdır

Düşmən ordusunda içməli su problemi İşğal olunmuş Dağlıq Qarabağ ərazisində yerləşən Ermənistan ordusunun ən böyük problemlərindən biri də əsgərlərin içməli su ilə təminatındakı acınacaqlı vəziyyətdir.

«Report» xəbər verir ki, bu günlərdə Madagizdəki hərbi hissələrdən birinin cəbhə xəttindəki bölmələrində içməli su çatışmazlığına görə çirkab sulardan istifadə edilib. 

Ona görə də əsgərlər arasında yoluxucu xəstəliklər yayılıb.

Məlumata görə, karantin tədbirlərinin görülməsinə baxmayaraq, Aram Arekelyan adlı hərbi qulluqçunun səhhətində ciddi problemlər yaranıb və o, ağır vəziyyətdə Xankəndindəki hərbi hospitala yerləşdirilib.

Hadisə ictimaiyyətdən gizlədilsə də «DQR» «kənd təsərrüfatı naziri» Aram Mxoyan, «ətraf mühit və təbii ehtiyatlar üzrə idarə rəisinin birinci müavini» Artur Qabrielyan və yerli «hərbi komandanlığın» iştirakı ilə hərbi hissələrin içməli su ilə təminatına dair fövqəladə toplantı keçirilib.

 





04.08.2017    çap et  çap et