APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu yüksək rütbəli ABŞ zabitlərindən bir neçəsi təsdiqləyib. Sözü gedən layihənin ilkin dəyəri 50 milyon dollar təşkil edir.
NATO-nun sabiq komandanı Ceyms Stavridis məsələyə münasibətini açıqlayaraq, bunu vaxtında atılan düzgün addım kimi dəyərləndirib. O qeyd edib ki, əgər paket qəbul olunarsa, bu, Rusiyanın ram edilməsində ciddi nəticələr əldə olunmasında rol oynayacaq.
Yeri gəlmişkən, «NBC News» telekanalı Pentaqondqan məsələyə münasibət öyrənməyə çalışıb. ABŞ-ın hərbi idarəsindəki etibarlı mənbələr yayılan xəbərləri təkzib edərək, qurumun prezidentə hər hansı təklif göndərmədiyini bildirsə də, gələcəkdə bunu istisna etməyib.
Qeyd edək ki, sözü gedən silah paketinin Ukraynaya göndəriləcəyi ilə bağlı məlumatı avqustun 1-də «The Wall Street Journal» qəzeti də yaymışdı.