Vaxt.Az

Neft həftəni yüksək qiymətlə başa vurdu


 

Gündəlik hasilat da bu il üzrə ən yuxarı göstərici olub

Neft həftəni yüksək qiymətlə başa vurdu OPEK ölkələrində gündəlik neft hasilatının həcmi 32,8 milyon barelə çatıb. Bu, 2017-ci ildə qeydə alınan ən yüksək göstəricidir. OPEK ölkələri üzrə müəyyən olunan kvota 31,9 milyon bareldir, hazırda gündəlik hasilat kvotadan təxminən 920 min barel artıqdır. Artım Liviya və Nigeriyada hasilatın artması hesabına baş verib, bu iki ölkə OPEK sazişində iştirak etmirlər.

ABŞ-da enerji daşıyıcılarına mövsümi tələbatın artması neftin qiymətlərinin ucuzlaşmasına mane olan əsas amildir. Birjalarda həftənin son seanslarında «Brent» markalı neftin bir bareli 52,38 dollardan satılıb, Qərbi Texas neftinin son satış qiyməti isə 49,53 dollar olub. Birjalar fəaliyyətlərini bazar ertəsi bərpa edəcəklər.

 





06.08.2017    çap et  çap et