Vaxt.Az

Prezidentin köməkçisinə yeni vəzifə verildi


 

ARDNF-də dəyişiklik

Prezidentin köməkçisinə yeni vəzifə verildi Prezident İlham Əliyev «Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 73 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, «Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 73 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 1031; 2010, № 2, maddə 80; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384) 1-ci hissəsində «Vahid Axundov – Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri» sözləri «Natiq Əmirov – Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi – şöbə müdiri» sözləri ilə əvəz edilsin.

 





05.08.2017    çap et  çap et