Vaxt.Az

«Noru» Yaponiyanın altını üstünə çevirdi


 

2 nəfər həlak oldu,, 42 yaralı var

«Noru» Yaponiyanın altını üstünə çevirdi Yaponiyada baş verən güclü qasırğa nəticəsində 2 nəfər ölüb, 42 nəfər xəsarət alıb. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ölkənin 9 prefekturasında yaşayan 65-ə yaxın insana evlərini müvəqqəti tərk etmək tövsiyə olunub.

Ötən gün leysan yağışlar və güclü küləklə müşahidə olunan «Noru» qasırğası Yaponiyanın Yakusima, Taneqasima və Amami adalarında ciddi fəsadlar törədib. Sinoptiklərin proqnozuna görə, bu kimi intensiv yağıntılar 50 ildə bir dəfə olur. Bir sıra ərazilərdə isə küləyin sürəti saniyədə 30 metri keçib.

 





08.08.2017    çap et  çap et