Vaxt.Az

Ermənilərə rus maşınları


 

Rusiya öz bazarında belə tələbat olmayan maşınlar tərəfdaşlarına ötürəcək

Ermənilərə rus maşınları Ermənistan Gömrük İttifaqına daxil olandan sonra Rusiya avtomobilləri bu ölkənin bazarlarında əsas yer tutacaq. Erməni mətbuatının yazdığına görə, Rusiya 2014-cü il yanvarın 1-dən Avro-4 standartlarına uyğun avtomobillərin gətirilməsini qadağan edib. Belə ki, 2009-cu ildən Avropa üçün Avro-5 standartı qüvvəyə minib. Moskva bu addımını ətraf mühitin qorunmasından narahatlığı və bu addımla ətraf mühitə atılan zərərli maddələri azaltmaq istəyi ilə əlaqələndirir.
Qəzetlərin yazdığına görə, Rusiya avtomobilləri heç də Avropa standartlarına uyğun gəlmir. Rusiya sadəcə olaraq öz avtoməhsullarını tərəfdaşlarına "sırımaq" istəyir. Çünki hətta öz bazarında belə öz avtomobillərinə tələbat yoxdur. 
Tezliklə Gömrük İttifaqının üzvü olacaq Ermənistan Rusiyanın bu addımının ziyanını öz üzərində hiss edəcək. Bu günə kimi ermənilər buraxılma tarixinə baxmayaraq maşın alıblar. İndi hər şey başqa cür olacaq. Ekspertlər hesab edirlər ki, bu ölkədə Avropa və Amerika maşınlarının qiyməti o qədər qalxacaq ki, ermənilər könüllü olaraq Rusiya avtosənaye məhsullarını almalı olacaqlar.
 





20.01.2014    çap et  çap et