Vaxt.Az

2014-cü ilin ən kədərli günü


 

20 yanvarın ən depresiv gün olması bir necə faktorla əlaqələndirilib

2014-cü ilin ən kədərli günü Yanvar ayının 3-cü bazar ertəsi ilin ən kədərli günüdür. Bu il bu tarix yanvar ayının 20-nə düşüb. Psixoloqların fikrincə, məhz bu gün insanlar daha depressiv olurlar. Britaniyanın Kardif universitetinin psixoloqu Klif Arnell günün əhval ruhiyyəsi ilə bağlı xüsusi formul hazırlayıb.
Bu günün ən depressiv gün olması bir necə faktorla əlaqələndirilib. Bunlar - pis hava, bayramların bitməsi, həftənin əvvəli, gərgin iş həftəsinin başlaması və sairədir. 
Əcnəbilər bu günü «Blue Monday» adlandırılar. Burada «Blue» sözü - kədərli, melanxolik mənalarında istifadə edilir.
 





20.01.2014    çap et  çap et