APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə xəbəri mətbuata ötürən mənbələr bildirib ki, hava hücumları əsasən İraq-Şam İslam Dövlətinin (İŞİD) bu ölkədəki hədəfləri, habelə ABŞ-ın regiondakı müttəfiqlərinə mane olan Filippin hərbçilərinə yönələcək.
Bu arada, avqustun 7-də dövlət katibi Reks Tillerson ölkəsinin terrorçularla mübarizə məqsədilə Filippinə bir neçə qırıcı göndərdiyini açıqlayıb.
Xatırladaq ki, mayın 23-də İŞİD tərəfdarı olan «Maute» qruplaşması Cənub-Şərqi Asiyada xilafət elan olunduğunu bəyan etdikdən sonra ölkə aviasiyası ərazidə geniş əməliyyatlara başlayaraq, şəhər üzərində nəzarəti bərpa edib.